Azərbaycan cüdoçusu Paris “Böyük Dəbilqə” turnirində finala yüksəldi

18:42 / 07.02.2026 Oxunub: 55

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançısı uğurlu çıxışı ilə diqqət çəkib.

Kanal20 TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev final mərhələsinə vəsiqə qazanıb.

27 yaşlı cüdoçu yarımfinal qarşılaşmasında İsrail təmsilçisi İtshak Aşpizi üzərində qələbə əldə edərək həlledici görüşə yüksəlib.

Digər idmançımız Ruslan Paşayev (66 kq) isə yarımfinalda məğlub olaraq turnirdə bürünc medal uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) isə 1/16 final mərhələsində Portuqaliyadan olan Migel Qaqoyaya uduzub və mübarizəni dayandırıb.

Qeyd edək ki, Paris “Böyük Dəbilqə” turniri fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda ümumilikdə 8 cüdoçu ilə təmsil



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə