Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib

22:05 / 29.01.2026 Oxunub: 358

Xalq artisti, kinorejissor Şeyx Əbdül səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Kanal 20 TV xəbər verir ki, bu barədə Xalq artistinin özü APA-ya açıqlamasında məlumat verib.

Şeyx Əbdül bildirib ki, hazırda vəziyyəti tam stabil deyil:

“Vəziyyətim bir qədər ağrılıdır. Sağ tərəfimdə yüngül infarkt əlamətləri var. Bu gün xəstəxanaya yerləşdirildim. Həkim nəzarətindəyəm. Səhhətimdə başqa problemlər də yaranıb”, – deyə Xalq artisti qeyd edib.

Məlumata görə, Şeyx Əbdül hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam etdirilir.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə