Azərbaycan Kubokunda 1/4 finalın digər oyunları bu gün keçiriləcək
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti qarşılaşmaları bu gün baş tutacaq.
Kanal 20 TV xəbər verir ki, günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda saat 14:30-da start götürəcək. Bu cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin güclüsü ilə üz-üzə gələcək. Həmin komandaların ilk oyunu 0:0 hesabı ilə yekunlaşıb.
Günün ikinci görüşü isə saat 19:00-da keçiriləcək. “Turan Tovuz” komandası “Azərsun Arena”da “Kəpəz”lə qarşılaşacaq. Bu matçın qalibi növbəti mərhələdə “Sumqayıt” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaq. Bu duel də ilk oyunda 0:0 hesabı ilə başa çatıb.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral
14:30 — “Şamaxı” – “Qarabağ”
Hakim: Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
Stadion: Şamaxı şəhər stadionu
19:00 — “Turan Tovuz” – “Kəpəz”
Hakim: Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
Stadion: “Azərsun Arena”
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri mart ayının əvvəlində keçiriləcək.


Digər xəbərlər
Qurban Qurbanovdan Kadi ilə bağlı qərar – “Qarabağ”ın siyahısında dəyişiklik
Trabzonspor, Türkiyə Kubokunda Fethiyespor ilə qarşılaşacaq
Spalletti İcardi ilə bağlı transfer şayiələrinə aydınlıq gətirdi
“Ayntraxt”da baş məşqçi dəyişikliyi rəsmiləşdi
Qurban Qurbanov Çempionlar Liqası pley-offu və “Liverpul” məğlubiyyəti ilə bağlı danışdı
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində: Potensial rəqiblər bəllidir
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında