Spalletti İcardi ilə bağlı transfer şayiələrinə aydınlıq gətirdi
İtalyan məşqçi Luciano Spalletti “Qalatasaray”ın ulduz hücumçusu Mauro İcardi ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.
Kanal 20 TV xəbər verir ki, xarici mediaya danışan Spalletti İcardi haqqında yalnız müsbət fikirlər səsləndirsə də, bunun transfer anlamına gəlmədiyini vurğulayıb.
“İcardi haqqında yalnız müsbət şeylər deyə bilərəm, amma bu, onun transfer ediləcəyini göstərmir”, – deyə italiyalı mütəxəssis bildirib.
Baş məşqçi “Parma” ilə oyundan sonra verdiyi açıqlamada bunları da əlavə edib:
“İcardi barədə yalnız yaxşı fikirlərim var. O, çox yaxşı bir insan və möhtəşəm hücumçudur. Lakin biz onu transfer etmək istəmirik”.
Luciano Spalletti bu açıqlaması ilə Mauro İcardinin “Yuventus”a keçidi ilə bağlı son günlər mətbuatda yer alan iddiaları təkzib etmiş olub.


Digər xəbərlər
Qurban Qurbanovdan Kadi ilə bağlı qərar – “Qarabağ”ın siyahısında dəyişiklik
Azərbaycan Kubokunda 1/4 finalın digər oyunları bu gün keçiriləcək
Trabzonspor, Türkiyə Kubokunda Fethiyespor ilə qarşılaşacaq
“Ayntraxt”da baş məşqçi dəyişikliyi rəsmiləşdi
Qurban Qurbanov Çempionlar Liqası pley-offu və “Liverpul” məğlubiyyəti ilə bağlı danışdı
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində: Potensial rəqiblər bəllidir
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında