Füzuli RİH başçısının müavini vəzifəsindən azad olunub
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad edilib.
Kanal 20 TV xəbər verir ki, bu barədə Manset.az Qaynarinfo-ya istinadən məlumat yayıb.
Məlumata görə, Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sərxoş vəziyyətdə “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi ölkə gündəminə səbəb olub. Hadisədən sonra məsələ ictimai müzakirələrə yol açıb.
Bildirilir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazova Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifəyə təyin olunmuşdu. Bununla bağlı xidmətin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Əldə olunan məlumata əsasən, atasının sosial şəbəkədə səsləndirdiyi qeyri-etik ifadələrdən sonra Jalə Eyvazova da vəzifəsindən azad edilib.


Digər xəbərlər
Biləsuvarda bəzi küçələrdə elektrik enerjisi müvəqqəti dayandırılacaq
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbərinin apellyasiya şikayəti təmin edilmədi
İnsan Düşüncələrini “Oxumaq” Üçün Sehrə Ehtiyac Yox imiş – Psixoloqlar Mikroifadələrin Sirlərini Açıqladı
Füzuli RİH-də kadr dəyişikliyi: Gülbahar Eyvazova vəzifəsindən azad edildi
Mart ayında ardıcıl uzunmüddətli istirahət günləri olacaq
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında