“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbərinin apellyasiya şikayəti təmin edilmədi

17:14 / 05.02.2026 Oxunub: 210

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Kanal 20 TV xəbər verir ki, APA-nın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət araşdırılıb və məhkəmə qərar qəbul edib.

Qərara əsasən, Ceyhun Salmanovun apellyasiya şikayəti təmin edilməyib və onun barəsində seçilmiş həbs qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yerləşən “Qurtuluş” Reabilitasiya Mərkəzində baş verdiyi iddia olunan qanunsuzluqlarla bağlı vətəndaş müraciətləri əsasında prokurorluq tərəfindən araşdırma aparılıb.

Araşdırmalar nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanovla yanaşı, müəssisənin əməkdaşları Natiq Əliyev və Elşad Məhərrəmov da saxlanılıb.

Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunurlar:

127-ci maddə – qəsdən sağlamlığa az ağır zərər vurma

133-cü maddə – əzab vermə

144-cü maddə – adam oğurluğu

145-ci maddə – qanunsuz azadlıqdan məhrum etmə



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə