Mart ayında ardıcıl uzunmüddətli istirahət günləri olacaq

13:27 / 04.02.2026 Oxunub: 194

Kanal 20 TV xəbər verir ki, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən mart ayı üzrə iş və istirahət günlərinin ardıcıllığında dəyişiklik edilib.

Bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 9 mart da qeyri-iş günü elan olunub.

Bundan əlavə, Novruz bayramı ilə əlaqədar olaraq 20, 21, 22, 23 və 24 mart tarixləri rəsmi istirahət günləri sayılır. Bayram günlərindən 21 və 22 martın şənbə və bazar günlərinə düşməsi nəzərə alınaraq, hökumət qərarı ilə 25 və 26 mart da əlavə istirahət günü müəyyən edilib.

Eyni zamanda, Ramazan bayramı bu il 20 və 21 mart tarixlərində qeyd ediləcək. Ramazan bayramının Novruz istirahət günləri ilə üst-üstə düşməsi səbəbindən 27 və 30 mart tarixləri də qeyri-iş günü kimi təsdiqlənib.

Beləliklə, ölkə üzrə 20 martdan 30 martadək ardıcıl iş günü olmayacaq və vətəndaşları uzun istirahət müddəti gözləyir.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə