Musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası ilə bağlı iclas keçirilib
Kanal 20 TV xəbər verir ki, fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas baş tutub.
Nazir Adil Kərimli çıxışında bildirib ki, attestasiya prosesi müəllimlərin peşə hazırlığının, səriştə və bacarıqlarının qiymətləndirilməsi, eləcə də tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə əsasən, şəffaflıq və obyektivlik prinsipləri ilə həyata keçirilən attestasiya cari il ərzində ölkənin bütün bölgələrini əhatə edəcək və prosesin il sonunadək yekunlaşması nəzərdə tutulur.
İclas zamanı attestasiya komissiyalarının üzvləri və mədəniyyət sahəsinin nümayəndələri çıxış edərək bu prosesin əhəmiyyətini vurğulayıb, attestasiyanın uğurla başa çatacağına dair əminliklərini ifadə ediblər.


Digər xəbərlər
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib
İzləyicilərə növbəti ədəbi inci təqdim edildi
Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
Azərbaycan və ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bu gün görkəmli qoboyçu, bəstəkar və pedaqoq Kamil Cəlilovun doğum günüdür
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında




