Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
10:34 / 04.02.2026
Oxunub: 165
Kanal 20 TV xəbər verir ki, bu gün Azərbaycanın tanınmış sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.
Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlu təkcə müğənni kimi deyil, həm də məşhur bəstəkar kimi geniş şöhrət qazanıb. Onun müəllifi olduğu “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr” və digər nəğmələr Azərbaycan estrada musiqisinin parlaq inciləri hesab olunur.
Bu mahnılar bu gün də dinləyicilər tərəfindən böyük sevgi ilə qarşılanır və milli musiqi irsimizin dəyərli nümunələri kimi yaşayır.
Polad Bülbüloğlunu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.


Digər xəbərlər
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib
İzləyicilərə növbəti ədəbi inci təqdim edildi
Musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası ilə bağlı iclas keçirilib
Azərbaycan və ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bu gün görkəmli qoboyçu, bəstəkar və pedaqoq Kamil Cəlilovun doğum günüdür
Xəbər lenti
06 Fevral 2026
Ən çox oxunan
15:44
06 Fevral 2026
989
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
15:44
06 Fevral 2026
989